“Neftin bir barelinin 60 dollara satılması ədalətli qiymətdir” – Putin
“Rusiya iqtisadiyyatı üçün bir barel neftin ən sərfəli qiyməti 60 dollar səviyyəsidir”.
Rusiya KİV-ləri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən forumda deyib.
“Yadımdadır, 2013-cü ildə neftin bir bareli 43 dollar olub, cari ildə isə 72 dollardır. Məncə, 60 dollar son dərəcə məqbul rəqəmdir və bizə sərf edir. Bu qiymət ədalətlidir”, – deyə Rusiya Prezidenti vurğulayıb.
V.Putinin sözlərinə görə, Rusiya büdcəsinin məxaric hissəsi tərtib edilərkən neftin qiyməti 40 dollardan hesablanıb: “OPEC-lə indi də təmasdayıq, lazım gəlsə, bununla bağlı birgə fəaliyyəti davam etdirəcəyik”.Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın