Neftin qiyməti 60 dollardan aşağı düşə bilər
ABŞ-da neft hasilatı 28 oktyabr – 3 noyabr tarixlərində 67 min barel/gün və ya 0,7% artaraq 9,62 mln. barel/günə çataraq tarixi rekord səviyyəyə yüksəlib.Bu məlumat ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Administrasiyası tərəfindən yayılıb.
Bundan əvvəlki rekord səviyyə 2015-ci ildə qeydə alınıb və 9,61 mln.barel/gün təşkil edib.
Faktinfo.az xəbər verir ki,hesabat həftəsində ABŞ-da neft ehtiyatları da 2,24 mln. barel və ya 0,5% artaraq 457,14 mln. barelə çatıb. Analitiklər ehtiyatların 2,8 mln. barel/gün azalacağını proqnozlaşdırırdılar.
Digər tərəfdən, Çin iqtisadiyyatında artım tempində yavaşımaya dair məlumatlar ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Administrasiyası tərəfindən yayılan informasiyalarla üst-üstə düşüb. Çin iqtisadiyyatı həddindən artıq yüksək kreditləşmə hesabına artıma nail ola bilib. Belə ki, 2017-ci ildə Çində kreditləşmənin həcmi 4 trln. ABŞ dolları təşkil edib ki, bu da dünyanın bütün inkişaf etmiş ölkələrinin məcmu kreditləşməsindən çoxdur.
Faktinfo.az bildirir ki, bir neçə gün bundan əvvəl Brazilya Energetika nazirinin OPEC+ sazişinə əməl etməyib neft hasilatını yüksəldəcəklərini elan etməsi,ABŞ- da neftlə bağlı müsbət informasiyalar gözlənildiyi halda, əksnə neftin qiymətinin düşməsinə təsir edə biləcək statistik rəqəmlərin açıqlanması, bunun ardınca Çinin iqtisadi artım tempində proqnozlaşdırılan yavaşlamaya dair informasiyaların dünya mətbuatında yer alması təbii neft qiymətlərinə mənfi təsir göstərməməyə bilməz. Bu üç amil fikir yürütməyə əsas verir ki, qarşıdakı həftələrdə hər hansı istisna hal baş verməsə neftin qiyməti 60 dollardan aşağı düşəcək.
Bu xəbər üçün şərh yazın