“Neftqaztikinti” Tresti kim(lər)in əli ilə idarə edilir? - İTTİHAM
Bu ölkə üçün ən çox işləyən, çalışan, əziyyət çəkən təbəqədən biri də neftçilərdir.
Ölkə büdcəsinə daxıl olan vəsaitlərin böyük qisminin neftin hesabına olduğunu bu gün kimsə inkar edə bilməz. Respublika ərazisində görülən abadlıq və quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, qaçqın və məcburi köçkün ailələrinin həyat tərzının yaxşılaşdırılması istiqamətində görülən işlər, habelə ordu quruculuğu sahəsində görülən və sadalamadığımız bir sıra mühüm əhəmiyyətli işlərin neftdən gələn gəlirlərin hesabına həyata keçirildıyini xüsusilə vurğulamamaq olmur. Neft sahəsində işləyən insanların gecə gündüz, dayanmadan çalışması, Azərbaycanda gələcək nəsillərin də həyat tərzinin yaxşılaşdırılması neft sənayesi sayəsində artıq qarantiya altına alınıb. Ulu Öndər Heydər Əliyev də, onun siyasi kursunu uğurla davam etdirən İlham Əliyev də neft-qaz sənayesində çalışanların əməıyini daim yuksk qiymətləndirib. Bəs görəsən hər kəsin həyat tərzinin yaxşılaşdırılması üçün dayanmadan çalışan neftçilərin özlərinin həyat tərzi necədir?
Neft sənayesi sahəsində,yuxarı dairələrdə oturanların özləri üçün qurduqları komfort həyat tərzındən heç danışmağa dəyməz. Çünki dövrü mətbuatda, sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində neft sistemimizin başında duran vəzifəli şəxslərinin barəsində vaxtaşırı dərc olunan məqalələrdə onların yaşayış tərzi haqqında təsəvvür yaratmamaq mümkün deyil. Onu xüsusilə vurğulamaq istərdik ki, burada ən çox qazananlar peşəkar, ixtisaslı neftçilər deyil, bu sahənin başında oturanlarının uzaq, yaxın qohumları olan müxtəlif ixtisas sahibləri, ayrı -ayrı sahələrdən neft sektoruna ayaq açanlardır. Amma bu gün illərlə əziyyət çəkərək neft sahəsi üzrə təhsıl almış insanların öz ixtisasları üzrə çalışa bilməmələri də bir acınacaqlı faktdır.
Mirkazım Abasov uzun illərdir neft sahəsində çalışır. Peşəkar neftçidir və müxtəlif vəzifələrdə çalışaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxıl olan”Neftqaztikinti” Trestinin direktoru vəzifəsinə qədər yüksəlib. 2007 – 2010 cu illərdə sözügedən tresdə baş mühəndis, müdir müavini vəzifələrində işləyib. Mirkazım Abasov 2010-cu ildən isə trestin direktoru təyin edilib və bu günə qədər də sözügedən vəzifədə çalışır,yəni on ilə yaxındır. Digər neft pulu talayanlar kimi onun da barəsəndə dövrü mətbuatda, sosial şəbəkələrdə və elektron media resurslarında kifayət qədər geniş məqalələr yayılıb. Bakı şəhərindəki çoxsaylı mağazaları, Qusar rayonunda və paytaxtda qiyməti on milyonlarla dəyərləndirilən mülkləri, restoranı olan Mirkazım Abasovun yəqin xarıcı ölkələrdə də varıdatı olmamış deyil. Çünki bir neçə il öncə dövrü mətbuatda Mirkazım Abasovun mülklərinin bir qismini sataraq xarıcə köçürməyi planlaşdırması barədə məlumatlar yayılmışdı. Dəqiq deyə bilmərik, Mirkazım Abasov həmin arzuları reallaşdırıb ya, yox. Burada Mirkazım Abasovun rəhbərlik etdiyi quruma keçmək istərdik.
“Neftqaztikinti” tresti dünyada ilk dəfə olaraq dənizdən neft çıxaran”Azərdənizneftinşaat”ın və “Xəzərdənizneftqaztikinti” Trestinin bazasında yaradılmış ixtisaslaşdırılmış bir qurumdur. Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzləri daxildir. Hal-hazırda Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən “Günəşli” və “Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən ARDNŞ-nin digər təşkilatları) üçün podratçı olaraq müxtəlif növ işləri və xidmətləri yerinə yetirir. Sadaladıqlarımız idarələrin adlarından da göründüyü kimi, ixtisaslaşmış trestin böyüklüyünü, onun görə biləcəyi işlərdən təsəvvür etmək olar. Bunları qeyd etməkdə məqsəd də məhz elə idarənin böyüklüyünü güstərmək istəyimizdir.Yəni idarə böyük, iş çox, gəlir də nə qədər istəsən.
Trestdə nə qədər insan çalışdığından məlumatımız yoxdu. Amma Trestin müdiri Mirkazım Abasovun rəhbərlik etdiyi qurumda ayrıseçkilik edildiyindən, mətbuatda yazılanlardan başqa, bizim də məlumatlarımız var. Söylənilənlərə görə “Neftqaztikinti” trestində rəis kimi fəaliyyətə başlayan Mirkazım Abasovun barəsində rəhbərlik etdiyi kollektivin sadə fəhlələrinə qarşı etinasızlığına, aqressivliyinə görə dəfələrlə yuxarı instansiyalara şikayətlər olunub. Əslində trestin sıravi işçiləri müdiriyyətdən sən deyən artıq şey istəmirlər.Əsas tələb fəhlələr üçün normal iş və məişət şəraitinin yaradılmasından ibarətdir.Lakin terstin rəisi bu cür tələbləri yerinə yetirmək iqtidarında olmadığını öz sayğısız yanaşmaları ilə təsdiq edib.. Bu idarələrdə çalışan fəhlələr də öz işini bilən, əmək öhdəliklərinə məsuliyyətlə yanaşan sadə insanlardır. Amma Mirkazım Abbasov sadə fəhlələrin sosial qayğılarını göz ardı etsə də köməkçisi Mais Bədəlovun sosial problemlərin yaranmasına imkan vermir. Məlumata görə fəhlə müdir münasibətlərinin korlanmasında Mais Bədəlovun xüsuüi rolu var. Mais Bədəlov trestdə müdirin inandığı yeganə insanlardan biridir ki, onun bir sözü iki olmur.
Müdirin, yəni Mirkazım Abasovun ikinci yaxın adamı isə trestin insan resursları şöbəsinin, yəni kadrlar şöbəsinin müdiri Sevinc Mollayevadır. Qeyd edilir ki, Sevinc Mollayeva idarədə çoxdan işləyir. Hələ, hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüzeynovun bu idarəyə, yəni “Xəzərdənizneftqaztikinti” Trestinə rəhbərlik etdiyi dövrlərdən çalışır. Həmin dövrlərdə idarədə katibə kimi çalışan Sevinc Mollayeva daha sonra idarənin kadrlar şöbəsinə mühəndis keçir və pillə -pillə böyüməyə başlayır. Sevinc Mollayeva hazırki müdiri Mirkazım Abasovla da uzun illərdir bir yerdə çalışırlar. İşlədiyi dövrlərdə bir neçə müdir yola salan Sevinc Mollayeva məlumatlara görə hazırki rəisi Mirkazım Abasovun işinə daha yarıyır, bir növ şefin idarədə görən gözü, eşidən qulağı vəzifəsini də daşıyır. Elə bu kimi xidmətlərinə görə Mirkazım Abasov bu yaxınlarıda şirkətin hesabına ona ev də verdirib. Halbuki, uzun illər neft sahəsində fəhləlik edənlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün rəis tərəfindən bu gün də heç bir addım atılmır. Məlumata görə İnsan Resursları şöbəsinin müdiri də sadə işçilərlə rəisi Mirkazım Abasov kimi qaba davranır, fəhlələr barədə müdirə olmazın, yalan məlumatlar verir,işə gəlməyən istədiyi şəxsin tabeldə gününü yazır. Məlumatlarda “Neftqaztikinti” trestində rəis Mirkazım Abasovun köməkçisi Mais Bədəlov və kadrlar şöbəsinin müdiri Sevinc Mollayeva cütlüyünün hökmranlıq etdiyi bildirilir.
Məlumatlarda trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılovun da Mirkazım Abasovun yaxın adamlarından biri olduğu söylənilir. Elşad Cəbrayılov trestdə həmkarlar komitəsinin sədri olmasına baxmayaraq fəhlələrin deyil, müdiri Mirkazım Abasovun dediklərinə əməl edir. Onun bu günə qədər hər hansı bir sadə neftçinin, fəhlənin sosial qayğılarının, problemlərinin həll olunmasına hec bir köməyi dəymədiyi bildirilir. Lakin bunun əksinə olaraq trestin işçiləri ölkə rəhbərliyinə dəfələrlə müraciətlər edərək problemlərinin həllinə köməklik göstərməyi xahiş ediblər. Sual oluna bilər. Axı əksəriyyəti məişət xarakteri daşıyan fəhlə problemlərinin həll etmək o qədərmi çətindir? Əslində isə Həmkarlar İttifaqı aztəminatlı neftçi ailələrinin sosial problemlərinin həllinə çalışmalıdır. Axı həmkar, həmkarına kömək məqsədi ilə üzvlük haqqı ödəyir. Bu üzvlük haqqlarının haralara xərcləndiyini Mirkazım Abasovla Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev daha yaxşı bilərlər.
Məlumatlara görə bu gün “Neftqaztikinti” Trestində hökm sürən ab-hava heç də ürəkaçan deyil. Bir mətbuat orqanı olaraq Aktualinfo.org bir sıra məlumatların dəqiqləşdirilməsi məqsədi ilə aidiyyatı qurumlara sorğu göndərib. Məsələn katibə olmuş Sevunc Mollayeva necə oldu ki, “Neftqaztikinti” Trestində İnsan resursları şöbəsinin müdiri oldu? Sorğunun nəticələrini gözləyirik. Bizi izləyin.
Aktualinfo.org
Bu xəbər üçün şərh yazın