Nəsimi rayonu ərazisində səki zəbt edilib-

Nəsimi rayonu ərazisində səki zəbt edilib- Daha bir numunə

Bakının Nəsimi rayonu ərazisində yerləşən “Elegant” mağazası piyada səkisini zəbt edərək əlavə artırma aparıb.

Faktinfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov öz sosial şəbəkə hesabında yazıb.

O, yaşadığı Cəlil Məmmədquluzadə küçəsinin ətrafında gəzməyə bir park olmadığını da bildirib.

Vəkilin sözlərinə görə, ətrafda köhnə “Papanin” deyilən ərazidə park salınacağı bildirilsə də, bu baş verməyib və hazırda o ərazidə hündür mərtəbəli binalar tikilir.

“Müəyyən ərazilər istisna olmaqla, artıq piyada gəzmək belə mümkün deyil. Bu azmış kimi piyadalar üçün səkilərin də günü-gündən zəbt olunduğunu görürük. Dünən hər gün getdiyim Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquuzadə küçəsi ilə Həsən Əlliyev küçəsinin kəsişməsindən üzü Bakıxanov küçəsi istiqamətinə düşəndə yolun sağ tərəfində, piyadaların keçidi üçün səkinin zəbt olunaraq əlavə artırılma aparıldığını gördüm. Rəsmi olaraq müvafiq qurumlara şikayətlər göndərmişəm. Onun sökülməsini tələb etmişəm. Mağazanın adı “Eleqant Əmiraslanoğlu”dur, lakin bu mənzərə heç də eleqant görünmür”, - vəkil bildirib.

O, sözügedən ərazidən fotolar da yayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər