Nizami rayonu Qara Qarayev prospektində ağaclar kəsilməkdədi- 5 ədəd müxtəlif cinsli ağacın kəsildiyi müəyyən edilib-Yenilənib
Bu dəfə Xətai rayonunda deyil, Nizami rayonu, Qara Qarayev prospektində ağac kəsilməsi faktı aşkarlanıb.Əslində, burada qeyri adi başa düşülməyəcək heç nə yoxdu.Ağacları qıranlar və kəsənlər rayon icra hakimiyyətinə məlumdu.Əvvəl ağaclar kəsilir,yerində tikinti aparmaq üçün zəmin yaradılır,sonra tikinti aparmağa icazə alınması üçün bir torba pulla rayon icra hakimiyyətinə üz tutulur.
Faktinfo.az xəbər verir ki, Q.Qarayev prospekti boyunca son bir neçə ildə tikilən obyektlərə nəzər yetirmək kifayət edər ki,istənilən şəxsdə təsəvvür yaransın, qırılan və kəsilən qiymətli şam ağaclarının yerində onlarla obyekti kimlər,kimdən tikintiyə icazə almaqla tikib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, keçirilən reyd zamanı yenə Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanında gecə saatlarında yaşköküstə 5 ədəd müxtəlif cinsli ağacın kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib edilərək təqsirkarın müəyyən edilməsi üçün toplanmış materiallar tədbir görülməsi məqsədilə Nizami rayon polis idarəsinə göndərilib.
****************
Faktinfo.az -a Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilən məlumata görə 21 fevral 2018-ci il tarixində saat 08:00 radələrində rayonun Qara Qarayev prospekti 59 ünvanında gecə saatlarında ağac kəsilməsi faktı müəyyən edilib və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Nizami Rayon Polis İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat verilib.
Bununla bərabər, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nizami Rayon Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələri ilə birgə, yuxarıda qeyd olunan ünvanda reyd keçiriblər.Ekologiya və Təbi Sərvətlər Nazirliyi tərəfindən bu barədə akt tərtib edilib və toplanmış materiallar tədbir görülməsi üçün Rayon Polis İdarəsinə göndərilib.
Bu xəbər üçün şərh yazın