Nizami Telefon Qovşağından alınan internetin sürətindən narazılıqlar artıb
Nizami Telefon Qovşağından internet alan abunəçilərin narazılığı hər gün bir az da artır. Ölkə boyu internetlə bağlı narazılıqlara burada daha çox rast gəlmək olar.
Faktinfo.az xəbər verir ki,abunəçilərin qovşağa narazılıq etməsinə isə müxtəlif bəhanələrlə 1MB internet paketini 2 və ya 3 MB internet paketinə dəyişmələri məsləhət bilinir. Bunu məsləhət bilənlər isə nədən 1MB üçün internetin sürətinin 72-dən 56, 37, gah da 1-ə düşdüyünə cavab verməkdən yayınırlar. Bu vəziyyətlə bağlı qovşağın 50 metrliyində yer alan binanın sakinləri də bacara bilmədiklərini etiraf edirlər. Məsələn, Şirin Mirzəyev 72 binasından belə narazılıqları eşitmək mümkündür.
Ona görədir ki, artıq əhali tədricən Azercell, Bakcell kimi operatorlardan internet paketi götürməklə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe telekommunikasiya qovşaqlarının satdığı internetdən imtina edir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın