Növbədənkənar parlament seçkiləri keçiriləcək-

Növbədənkənar parlament seçkiləri keçiriləcək- Dövlət büdcəsində seçkiyə vəsait ayrılıb

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimalı bir qədər də artıb.

Bu barədə Q.İbadoğlu mövzuya dair “Facebook” statusunda yazır: “2019-cu dövlət büdcəsində başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti (ölkədə müxtəlif seçkilərin, referendumların keçirilməsi, dairə və məntəqə seçki komissiyalarının saxlanılması, seçici siyahılarının dəqiqləşdirilməsi, statistika sistemində islahatların aparılması və s.) xərcləri üçün 90,9 milyon manat vəsait nəzərdə tutulub. Bu isə o deməkdir, hakimiyyət bu il üçün yenidən seçki və referendum keçirmək niyyətindədir”.

Azpolitika.info isə qeyd edir ki, bu il – dekabrın 27-də Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi məlumdur. Lakin 2019-cu ilin dövlət büdcəsində seçkilər və referendum üçün 90 milyon manatdan artıq vəsait ayrılması 2 seçki olacağından xəbər verir.Çünki əvvəlki seçkilərin keçirilməsi üçün adətən 35-40 milyon manat vəsait xərclənib.

Hökumətin seçki hazırlığı içində olduğunu göstərən digər məlumat və faktlar da var.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər