“Oazis” restoranı ekoloji tarazlığı da pozur- Bu restoranlara sanksiya tətbiq ediləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ictimai iaşə obyektləri və şadlıq evlərindən havaya atılan maddələrlə bağlı onlara məktublar göndərilib. Artıq onlara verilmiş müddət başa çatıb.
Faktinfo.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib.
Mətbuat katibi bildirib ki, yaxın günlərdə xəbərdarlığa əməl etməyən, atmosferə tullantı atan şadlıq sarayları barədə tədbir görüləcək.
“Monitorinqlər zamanı ərazidə “Xəmsə”, “Oazis”, “Millenium”, “Sonalar sonası”, “Xan qızı”, “Dan ulduzu” kimi restoranlar barədə qəti tədbirlər görüləcək. Onlara qarşı sanksiyalara başlanılacaq”.
İ.İbrahimova onu da vurğulayıb ki, yaşıllıqların qorunması istiqamətində tədbirlər görülür.
“Daha bir aktual məsələ Xəzərin ekoloji təmizliyi ilə bağlıdır. Xəzər dənizinin çirklənməsinə qarşı Daxili İşlər Nazirliyi ilə birlikdə reydlər keçiririk”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın