Oğlu ölən ana prezidentə təkrar müraciət etdi:

Oğlu ölən ana prezidentə təkrar müraciət etdi: " Xahiş edirəm kömək edin, kamera görüntülərinə baxılsın"-Videomüraciət

12 yanvar 2019-cu il tarixində Şirvan şəhər Yol Patrul Xidməti əməkdaşları tərəfindən qovulduğu iddia olunan, avtoqəza nəticəsində həlak olan Azər Şamiyevin doğmaları, cinayət işi üzrə sübut və dəlillərin saxtalaşdırılması, ibtidadi istintaqın qeyri-düzgün aparılması ilə bağlı Azərbaycan respublikasının prezidentinə, birinci vitse-prezidentə və Daxili İşlər nazirinə müraciət edib.

Faktinfo.az xəbər verir ki,ailədən Yeni Sabah.az-a daxil olan müraciətdə deyilir:

Mənim Sizə təkrar  müraciət etməkdə məqsədim odur ki, oğlum Azər Fərəməz oğlu Şamiyevin  Şirvan Yol polis bölməsinin əməkdaşları  tərəfindən öldürülməsi faktına bu günədək hüquqi qiymət verilməyib, cinayətkarlar azadlıqdadır. 

Hazırda Neftçala və Saatlı rayonlarında xidmət göstərirlər. Şirvan şəhər hüquq-mühafizə orqanları cinayət işi üzrə istintaq hərəkətlərini düzgün aparmır, maddi sübutların saxtalaşdırılmasına yol verir. Şirvan şəhər Polis İdərəsi hadisə zamanı kamera görüntülərini istintaqdan yayındırmaqla qatil əməkdaşlarını məsuliyyətdən yayındırır.

Haqq-ədalət öz yerini tapmayıb. Oğlumun qatilləri rüşvət müqabilində məsuliyyətdən yaxa qurtarmağa müvəffəq olub.

Mən ağbirçək ana kimi sizlərdən bir daha xahiş edirəm,işə yenidən baxılsın. Oğlumun 4 övladını yetim qoyan Nazim Mirzəyev və Sadiq Həsənovun cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün təkrar istintaq aparılsın.Kamera görüntülərinə baxılsın. Onda aydınlaşar ki,Yol Patrul Xidməti əməkdaşları mənim oğlumu xidməti avtomobillə qovublar,yoxsa yox. Çox xahiş edirəm, ədalətin bərpa olunmasında bizə kömək edin”. 

Faktinfo.az Azərbaycan respubilkasının prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ,o cümlədən  Daxili İşlər naziri Vilayət Eyvazova ünvanlanan   videomüraciəti təqdim edir:




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər