“Oğlum və qohumlarım saxlanılmayıb” –Deputat obyektindəki davanı "təxribat" adlandırdı
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun rəhbəri oluğu “Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb.
Deputat İqbal Məmmədov məsələ ilə bağlı Unikal.org-a açıqlama verib.
O, “Relax” İstirahət Mərkəzində baş verən hadisəni təxribat adlandırıb:
“Mən bu gün gəlmişəm. Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən “Relax”da yoxlama aparırlar. Dava “Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər, həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib”.
İqbal Məmmədov baş verən hadisəyə görə, oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını da təkzib edib: “Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”.
Xatırladaq ki, deputatın oğlunun həbsi xəbərini APA.az yayıb.
Bu xəbər üçün şərh yazın