“Oğlumun qətlində 30-40 nəfər iştirak edib” - Qubada döyülüb öldürülən oğlanın atası
Qubada əmisnin gəlinini qaçırdığına görə öldürülən Elşad Əsədovun atası danışıb.
Qubada əmisi oğlunun arvadını qaçırdığına görə döyülərək öldürülən Elşad Əsədovun atası deyib.
O, bildirib ki, oğlunun ölümündə 30-40 nəfərə yaxın adam iştirak edib:
“Başından, qollarından vurulub, döyüb öldürüblər. Onun ölümündə 30-40 nəfər iştirak edib”.
Qeyd edək ki, bir neçə gün öncə Quba rayon sakini əmisi oğlunun arvadını qaçırıb. Qadının həyat yoldaşı və qohumlarının kimsəsiz bir yerdə həmin oğlanın əl-ayağını bağlayaraq ona işgəncə verməsi ilə bağlı videogörüntü yayılmışdı. Oktyabrın 21-də gənc oğlan qaçırdığı gəlinin qohumları tərəfindən döyülərək öldürülüb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın