ÖMRÜ QOŞA QARIYAQ YAR !!!
Fəzail İsmayıl Böyükkişi
Zər-ziba bərq vurur gözlər qamaşır,
Dövrün məhəbbəti yaman qıtlaşır.
Dolların, yevronun külü sovulur,
Dünya ağaları yanır, qovrulur.
Dünya xəzinəsi qəpikləyir hey,
Ac-yalavaclar da köpükləyir hey.
Atılıb lüşməyi it də bacarır.
Başda kef çəkməyi bit də bacarır.
BMT-yə RNT mat qalıbdı,
Karonu ədalət-dival olubdu.
Müəllif
Yar üstün tutmasa eşq canından,
Yar hara, mən hara o «Quran» haqqı.
Quranda buyrulan qayda-qanundan,
Çıxmaram kənara o «Quran» haqqı.
Müəllif
Eşqimizə sadiq qalıb,
Bədnəzərdən qoruyaq yar...
Ən qüdrətli natiq olub,
Dünyalara nur yayaq yar...
Eşq Tanrıdır, Eşq Allahdır,
Eşqdən eşq əhli agahdır,
Eşq nicatdır, xoş sabahdır,
Qadir eşqə yarıyaq yar...
Eşqdən eşqsiz yazdı pozdu,
Eşqsiz insan çürük qozdu,
Eşqsiz yansa Günəş bozdu,
Eşqdən nuru arayaq yar...
Ruh eşqimiz, can eşqimiz,
Sultan, padşah, xan eşqimiz.
Tam Azərbaycan eşqimiz,
Tam olunca sarıyaq yar...
Sən eşqimin ölməzliyi,
Saplığı yenilməzliyi,
Nəfəsimiz behiştiyi,
Ömrü qoşa qarıyaq yar!!!
Bu xəbər üçün şərh yazın