"Ömründə belə şey olmayıb..." -Ağacan Əbiyev
Azərbaycan Dövlət İdman Akademiyasın keçmiş rektoru Ağacan Əbiyev rektoru olduğu 28 illik dövrünün təftiş edildiyi və ölkədən qaçması xəbərinə münasibət bildirib.
Faktinfo.az-a keçmiş rektor bildirib ki, ömründə belə şey olmayıb o,ölkədən qaçmayıb. "Olimpiya,dünya çempionatlarının baş hakimi seçilmişəm, belə vəziyyətə qalmağı özümə yaraşdırmaram." Ağacan Əbiyev yayılan xəbərə ürəkdən gülərək zarafatyana: "baksyordur,hələ də formadadır,haqqında yanlış məlumat yazan jurnalisti rinqə çağıra bilər."- münasibətini də sərgiləyib.
Qeyd edək ki,Yenisabah.az saytının yaydığı məlumatda bildirilirdi ki,sələfi Fuad Hacıyev 2020-ci ildən sonra Ağacan Əbiyevin Azərbaycan Dövlət İdman Akademiyasına rəhbərlik etdiyi 28 illik dövrü təftiş etməyə başlayıb. O, sabiq rektorun dövründə baş vermiş kifayət qədər ciddi qanun pozuntularının üstünü açıb. Sonra isə topladığı materialları tədbir görülməsi üçün prokurorluq orqanlarına təqdim edib. Bundan sonra keçmiş rektorun "qara günləri" başlayıb. Əbiyev həbs təhlükəsi ilə üzləşdiyini görəndən sonra təcili ölkəni tərk etməli olub.Təxminən 1 il sürgün həyatı yaşayıb. Amma sonradan köhnə əlaqələri hesabına üzləşdiyi təhlükəni dəf edərək, ölkəyə qayıda bilib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın