“ONU İŞDƏN ÇIXARMAQ YOX, HƏBS ETMƏK LAZIMDIR!” –

“ONU İŞDƏN ÇIXARMAQ YOX, HƏBS ETMƏK LAZIMDIR!” – Deputatdan Vasif Talıbovla bağlı ŞOK çağırış

Bu gün "TV Müsavat"ın efirində, aparıcı Sevinc Telmanqızının "Canlı debat" verilişinə telefon bağlantısı ilə qoşulan millət vəkili Vahid Əhmədov Naxçıvan olayları ilə bağlı danışıb.

V.Əhmədov dövlət qurumlarında baş verən korrupsiya və rüşvətxorluq hadisələrinin qəbuledilməz olduğunu deyib: "Ölkənin belə vəziyyətində Naxçıvanda bu hadisələrin üzə çıxması... Mən sizə deyim ki, bu, olmalı idi. Çünki Naxçıvan 20 il idi ki, özünü sərbəst dövlət kimi göstərirdi. Azərbaycanın mərkəzi icra orqanları ilə o qədər də sıx əlaqələri yox idi. İndi aparılan yoxlamalar bir çox məsələləri üzə çıxarır. Orada çox böyük maliyyədən söhbət gedir. Naxçıvana dövlət büdcəsindən 350 milyon manat ayrılıb. Əgər Naxçıvan bu cür inkişaf edirsə, Naxçıvanda bu qədər müəssisələr tikilirsə, o zaman gəlirləri hardadır? Hara gedir bu qədər vəsaitlər?"

V.Əhmədov V.Talıbovla bağlı sərt tədbirlər görməyə çağırıb: “Onu işdən çıxarmaq yox, həbs etmək və oğurladıqlarını dövlətə qaytarmasını təmin etmək lazımdır. Böyük maliyyədən söhbət gedir. Bu, bizim müstəqilliyimizə təhdiddir"./Azpolitika.info

Açıqlamanın davamını aşağıdakı videoda izləyə bilərsiz:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi