Ordumuz erməni generalı belə məhv edib - Video
Bildiyimiz kimi, 2020-ci ilin oktyabrın 27-də içində qondarma “dqr”in “müdafiə naziri” Cəlal Arutyunyanın da olduğu hərbi kortej “Bayraqdar” PUA-sı tərəfindən darmadağın edilib.
Bu hadisə Ermənistanda əsl şok effekti yaradıb.
Qarabağdakı qondarma və keçmiş qurumun “müdafiə naziri”nin vurulması erməni ordusunda daha dərin ruh düşkünlüyünə səbəb olur. Qəribədir ki, maşının darmadağın olmasına baxmayaraq, Cəlal Arutyunyan ölmür, ağır yaralanır. O, dərhal xəstəxanaya yerləşdirilir. Uzun müddət komada qalandan sonra isə nəyahət ayılır. Bəs necə oldu ki, Cəlal Arutyunyan darmadağın edilən maşından sağ çıxa bildi? Erməni general bu barədə özü danışıb.
“Düşünmürəm ki, kimsə mənim yerimi Azərbaycana desin. Yəni mənim vurulmağımda xəyanət faktorunu istisna edirəm. Azərbaycan daha əvvəl də bizim nəqliyyat vasitələrini vururdu. Sığınacaqlarda oturmaq işə yaramırdı. Sığınacaqdan çıxmazdan əvvəl lazımi tədbirləri gördüm, başqa bir maşına mindim. Lakin görünür, hansısa detalı nəzərə almamışıq. Nəticədə Azərbaycan Ordusu mənim yerimi müəyyən edə bilib”.
Daha ətraflı videoda:
Bu xəbər üçün şərh yazın