Ötən il hepatit virusundan 115 nəfər ölüb
2018-ci ildə Azərbaycanda viruslu hepatit diaqnozu ilə 307 nəfər qeydə alınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, onlardan 183-ü kişi, 124-ü isə qadınlardır. Məlumatda müxtəlif yaş qrupuna aid statistik göstəricilər də yer alıb. Hepatit virusu aşkarlananların 18 nəfəri 18 yaşadək, 289 nəfəri isə 18 və yuxarı yaş qrupuna aid olan şəxslərdir. Məlumata əsasən, 46 nəfərdə kəskin A hepatiti, 138 nəfərdə kəskin B hepatiti, 12 nəfərdə isə kəskin C hepatiti aşkarlanıb.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə ölkə üzrə virus hepaptitlərindən ölənlərin sayı 115 nəfər olub. Onların 68 nəfərini kişi, 47 nəfərini qadınlar təşkil edib. Bu səbəbdən ölənlərin sayı digər yaş qruplarına nisbətən 55-59 yaş qruplarında daha çox olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın