Ova çıxan kişinin özü ovlandı

Ova çıxan kişinin özü ovlandı 

Cənubi Afrikada pələng ovuna çıxmış bir kişini aslanlar parçalayıb yeyib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Cənubi Afrikada Kruger beynəlxalq parkında qaçaq yolla pələng ovlamaq istəyən kişini aslanlar yeyib.

Yerli polisin açıqlamasına görə, adamdan geriyə yalnız baş və bir neçə hissə qalıb. Hələ ki həmin kişinin kimliyi bəlli deyil. Verilən məlumata görə, kişinin öldürüldüyü yerdə bir tüfəng tapılıb.

Bu bölgədə son illər aslan ovunda artım qeydə alınıb. Aslanların bədən üzvlərindən "dərman" hazırlamaqda istifadə edirlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi