Övladlarınıza "Koroğlu" və "Qaçaq Nəbi" dastanlarını oxutmayın - Beş min dollar varsa verir hakimə -Aqil Abbas
Bilirəm, bu yazıdan sonra yazıçılar, ədəbiyyatşünaslar mənə hücum edəcəklər, dünəndən eləsinlər. Düz sözdü deyirəm.
AzNews.az Milli Məclisin deputatı Aqil Abbasın məqaləsini təqdim edir:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi var. İstərdim ki, onu oxusunlar, sonra mənə qarşı hücuma keçsinlər.
«Koroğlu»da belədi ki, Koroğlu xanları, paşaları soxur siçandeşiyinə, birinin qızını qaçırır,birinin nə bilim nəyini qaçırır,birinin xəzinəsini ələ keçirir.Birində Ekologiya Komitəsinin qadağan elədiyi bölgələrdə durna ovuna çıxır. Gizir oğlu Mustafa bəyəmeydan oxuyur,
Gizir oğlunu götürüb çaya soxur. Bir sözlə, Koroğlu varlı adamlara qarşı mübarizə aparıb, onların var-dövlətini əlindən alıb dəlilərinə yedizdirib. Qaçaq Nəbidən fərqli olaraq Koroğlu qazandığı pulu,daha dəqiq desək, ələ keçirdiyi var-dövləti kənddə camaata paylamır.
Çünki özünün 7777 dəlisi vardı, elə bir belə dəlini yedirdib-içirmək böyük bir dərd idi.
Qaçaq Nəbi. İgid oğlan olub, kişi oğlan olub. Onun da əsas işi-gücü varlı adamların şalvarını çıxarıbkasıblara geyindirmək olub. Hampasından tutmuş kəndxudasına qədər, kəndxudasından tutmuşjandarm rəisinə qədər, jandarm idarəsinin rəisindən tutmuş qubernatora qədər hamısını soyub.Soyduqlarından aldıqlarını da (beş-on manat özü üçün götürüb, qaçaq qardaşları üçün götürüb,qalanını paylayıb Həsənquluya və Həsənqulunun qohum-əqrəbalarına. Düzdü, onda Həsənqulu indiki kimi çadırda yaşamırdı, evində-eşiyində yaşayırdı.
Yəni o vaxt Koroğlu xalq qəhrəmanıydı, Qaçaq Nəbi xalq qəhrəmanıydı.
Bunu uşaqlar da oxuyub ibrət götürür. Elə bilir varlı adamları soymaq lazımdı Koroğlu kimi, dəlilərinəyedizdirmək lazımdı. Və onlar da əl atırlar bu üsula. Amma çox qəribədi ki, Koroğlu çox təbliğ
olunduğundan Koroğludan ibrət götürürlər, yəni qazandıqlarını, əldə etdiklərini daha çox Xan Eyvaza,Dəmirçioğluna, Dəli Həsənə yedirdirlər. Qaçaq Nəbi kimi xalqı yedirmək fikrində deyillər.
Yəni tarixə baxanda Qaçaq Nəbi xalqa daha yaxın olub. Amma ümumiyyətlə, baxanda Koroğlu da,Qaçaq Nəbi də cinayətkardırlar. Özü də bunların cinayət işinə yalnız ağır cəza məhkəməsindəbaxmaq olar.
Yəni bunlar Ənvər Seyidovun pasientləridir.
Bəli, uşaqlar bu dastanları oxuyur, istəyirlər Koroğlu olalar, istəyirlər Qaçaq Nəbi olalar. Xalq arasında ad çıxardalar. Amma onlara Koroğlu da demirlər, Qaçaq Nəbi də. Onlara quldur deyirlər,
reket deyirlər, oğru deyirlər, hətta iraq olsun, maşennik də deyirlər.
Necə olur ki, Koroğlu mal gətirən tacirlərin qabağını kəsəndə qəhrəman olur, məsələn, Məmməd mal gətirən tacirin qabağını kəsəndə quldur. Necə olur ki, Koroğlu Toqatın icra hakimiyyəti başçısının
var-dövlətini aparanda qəhrəman olur, Məmməd hansısa bir rayon icra hakimiyyəti başçısının tutub əlli manatını əlindən alanda reket. O cümlədən də Qaçaq Nəbi.
Məsələn, Dəmirçioğlunun, Xan Eyvazın durna telini ovlaması qəhrəmanlıq sayılır, amma Məmməd gedib iki dənə turac vuran kimi ona Azərbaycan Respublikası CM-nin 258-ci maddəsi ilə (qanunsuz ov etmə) cinayət işi qaldırılır. Maddənin 1-ci bəndində minimum əmək haqqının yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri nəzərdə tutulur. Bütün maddəni yazmaq istəmirik, amma bu maddədə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə də nəzərdə tutulub. İndi Məmməd də istəyir qəhrəman ola, gedir durna teli ovuna. Bir beş min dolları varsa, verir hakimə aşağı maddəni alır, yoxsa beş il gedir çala-çala. Və ya. Koroğlunu oxuyur, görür Koroğlu getdi Həsən Paşanın xəzinəsini ələ keçirtdi. Məmməd də fikirləşir Koroğluluq eləsin, gedir icra hakimiyyəti başçısının evini soyur. Dərhal ona 217-ci maddə ilə iş qaldırırlar
Bu xəbər üçün şərh yazın