Pakistanla müharibə başlasa... – Hindistandan şok etiraf

Pakistanla müharibə başlasa... – Hindistandan şok etiraf 

Hindistanla Pakistan arasında mübahisəli Kəşmir bölgəsində baş verən insident iki nüvə gücünün hərbi potensialına dair müzakirələrə səbəb olub.

Bu barədə “Nyu York Tayms” nəşri yazıb.

Nəşrin yazdıqlarına görə, Hindistan hökuməti müharibə başlayacağı halda cəmi 10 gün bəs edəcək sursata sahib olduğunu açıqlayıb.

Hindistan Məclisinin Daimi Müdafiə Komitəsinin üzvü Qaurav Qoqoy ölkənin hərbi təchizatının 68 faizinin köhnə olduğunu açıqlayıb.

“Ordumuz müasir cəbbəxanadan məhrumdur, ancaq XXI əsr səviyyəsində hərbi əməliyyatlar təşkil etməyə məcbur olur”, - millət vəkili bildirib.

Nəşrin apardığı araşdırmanın nəticələrinə əsasən Pakistanın hərbi gücünün Hindistandan 2 dəfə çox olduğu göstərilib. Hindistan ordusunun zəifləməsinin əsas səbəbi kimi isə silah alışı ilə bağlı məsələlərin bürokratik maneələrlə rastlaşması qeyd olunub.

Xatırladaq ki, hind rəsmilər 2018-ci ilin hərbi büdcəsini 45 milyard dollar olduğunu açıqlayıb. Lakin 1.2 milyon aktiv xidmətdə olan kontingentin maaşları və təqaüd xərcləri çıxıldıqdan sonra ölkənin silah alışına ayırmaq üçün cəmi 14 milyard vəsaiti qalır.//Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi