Pambıq yığımı davam edir-

Pambıq yığımı davam edir- Ən çox pambıq hansı rayonda yığılıb?

Azərbaycanda pambıq qəbulu məntəqələrinə 216 min 403 ton məhsul təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, noyabrın 27-dək ölkə üzrə pambıq tədarükündə Saatlı (28 min 391 ton), Bərdə (23 min 571 ton), Ağcabədi (21 min 952 ton), Biləsuvar (20 min 563 ton) və Beyləqan (20 min 285 ton) rayonları irəlidədir: “Ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ildə 13,1 faiz çox pambıq tədarük olunub”.

Nazirlik bildirib ki, sahələrdən pambıq yığımı davam edir.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi