Parklanmaya görə qonşusunu öldürürsə… - Ekspert
Normativə uyğun tikilməyən yeni binalarda nəqliyyat ehtiyacları nəzərə alınmır, heç aparılan tikili zamanı nəqliyyat ehtiyaclarını yada salan da yoxdur.
Bu sözləri hüquqşünas, Ərşad Hüseynov dünən məhəllələrin birində baş verən avtomobil parklamasına görə qonşular arasında düşən mübahisə və buna görə qonşulardan birinin digərini öldürməsinə, şəhərdəki parklama probleminə münasibət bildirərkən deyib.
Ə.Hüseynovun sözlərinə görə, avtomobilin parklanmasına görə qanlı hadisənin baş verməsi artıq həyəcan siqnalı deməkdir:
“Hələ ötən əsrin ortalarından başlayaraq Bakıda çoxlu sayda gecəqondular tikilib. Bu qanlı hadisə də gecəqondulardan ibarət məhəllədə baş verib. Təbii ki, əhalinin cox ciddi mənzil ehtiyacı səbəbindən yaranan, heç bir plana, normativə uyğun tikilməyən bu məhllələrdə nəqliyyat ehtiyaclarının nəzərə alınmasından söhbət gedə bilməz.
Lakin dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra gecəqondu tikilməsi dayandı və artıq qanuni tikinti bumu başladı. Amma yenə də heç bir şəhərsalma qaydası və norması yoxdur, nəqliyyat ehtiyaclarını isə ümumiyyətlə yada salan tapılmır. Başqa sözlə, 40-70 il əvvəlki gecəqondular göydələn binalarla əvəzlənməyə başladı. Bakının bəzi məhəllələri artıq "beton cəngəlliyi" xatırladır. Bu "beton cəngəllik"də indiki avtomobilləşmə və məskunlaşma səviyyəsində də park yeri tapmaq mümkünsüzdür. İndi görün həmin binalar tam məskunlaşsalar və sakinlərin əksəriyyətinin avtomobili olsa, nələr baş verər”.
Hüquqşünas hesab edir ki, növbəti belə qara xəbər çoxmərtəbəli binaların həyətlərində park yeri uğrunda mübarizə barədə də ola bilər:
“Çünki bu gün avtomobil parklanması problemi yeni tikililərdə daha çoxdur”.
Bu xəbər üçün şərh yazın