Penitensiar Xidmət:"Aclıq edən jurnalist Əfqan Muxtarlı dustaqlardan təcrid olunub"
Penitensiar Xidmət jurnalist Əfqan Muxtarlının Cəzaçəkmə Müəssisəsində aclıq aksiya keçirməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA.az-a açıqlamasında bildirib ki, Əfqan Muxtarlı dünən 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə aclıq aksiyasına başlaması ilə əlaqədar rəsmi məlumat verib: “O, bu gündən aclığa başlayıb. Əfqan Muxtarlı digər məhkumlardan təcrid edilib. Hal-hazırda səhhətində problem yoxdur. Həkim nəzarətindədir”.
Qeyd edək ki, Ə.Muxtarlı onunla görüşə gələn vəkil Nemət Kərimlinin Cəzaçəkmə Müəssisəsində kobud davranışla üzləşdiyini iddia edərək, aclığa başladığını bəyan edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın