Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır

Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır – Son rəqəmlər

Bu ilin sentyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 179 min 525 nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onların 40,4%-ni kişilər, 59,6%-ni isə qadınlar təşkil edib.

Son 17 il ərzində Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı kəskin artıb. Belə ki, 2010-cu ildə ölkədə 17 min 781 nəfər yaşa görə aylıq sosial müavinət aldığı halda, bu ilin oktyabr ayının əvvəlində onların sayı 10,1 dəfə artaraq 179 min 525 nəfərə çatıb.

Bu ilin yanvar ayında isə yaşa görə sosial müavinət alan 168 min 959 nəfər olub və son 8 ayda onların sayı 10 min 566 nəfər və ya 6,3% artıb.

Məlumat üçün bildirək ki, yaşa görə aylıq sosial müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur.

Onu da bildirək ki, hazırda Azərbaycanda yaşa görə aylıq sosial müavinətin məbləği 220 manat təşkil edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪