Pensiyaçıların sayı azalıb

Pensiyaçıların sayı azalıb 

Ötən il pensiyaçıların sayı 18 min 200 nəfər azalıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvarın ilk gününə 1 milyon 96 min pensiyaçı qeydiyyatdan keçib.Bu, əhalinin 10.8 faizinin pensiyaçı olması deməkdir.Onların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat həmçinin qeyd edib ki, pensiyaçıların sayının azalması səbəblərini müəyyənləşdirmək üçün pensiyaçıların strukturundakı dəyişikliklərə diqqət yetirmək lazımdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi