Peyk təsvirlərindən istifadə imkanlarına dair müzakirələr aparılıb- Meliorasiya və Su Təsərrüfatı ASC “Azərkosmos” ASC ilə əməkdaşlıq edəcək
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişakına dair 2019-2022-ci illər üçün Dövlət proqramı”nın təsdiq edilməsi haqqında məlum Sərəncamının icrası çərçivəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.
Faktinfo.az-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təmsilçisi Dilqəm Şərifov bildirib ki, görüşdə Cənab Prezidentin imzaladığı sərəncamın önəmi xüsusi vurğulanıb. Meliorasiya və su təsərrüfatı sahəsində Peyk təsvirlərindən istifadə imkanlarına dair müzakirələr aparılıb.
Peyk təsvirindən istifadənin meliorasiya və su təsərrüfatı sahəsinin inkişafında, xüsusilə elmi-tədqiqat, layihə-axtarış və su təsərrüfatı obyektlərinin monitorinqi kimi işlərdə mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında mütəmadi əməkdaşlığın davam etdiriləcəyi bildirilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın