Polislə müsavatçılar toqquşdu - Mehman Kərimli infarkt keçirdi
Bu gün Xocalı soyqırımının ildönümü ilə bağlı "Ana Harayı” abidəsi ziyarət etmək istəyən Müsavat Partiyasının bir qrup üzvü ilə polis arasında insident yaşanıb.
Polis Müsavat rəhbərliyinin abidə önünə çiçək qoymasına mane olmaq istəyib və bu zaman partiya üzvləri ilə hüquq-mühafizə orqanı əməkdaşları arasında toqquşma baş verib.
Müsavat Partiyasının tanınmış simalarından olan Tofiq Yaqublu səhifəsində yazıb ki, yaşanan insident zamanı yerə yıxılan partiya üzvü Mehman Kərimli infarkt keçirib və təcili yardımla xəstəxanaya çatdırılıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın