Polkovnik narazı hərbçilərin adından Sahil Babayevə səsləndi: -

Polkovnik narazı hərbçilərin adından Sahil Babayevə səsləndi: - Polkovnik narazı hərbçilərin adından Sahil Babayevə səsləndi: - “Ordunun əsəbi ilə oynamayın”

“Biz dünən Milli Məclisdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun hesabatı ilə tanış olduq.

Lakin təəssüflər olsun ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz köhnə əməllərindən əl çəkmək istəmir. Onlar yenə də ictimaiyyətin başını aldatmaqla qanuna gizli dəyişiklik etmək istəyirlər. Yəni onların təfəkkürünə görə, dəyişiklik guya “Əmək pensiyaları haqqında” Qanunun təkmilləşməsidir. Amma bizə belə qanun lazım deyil”.

Bu sözləri hərbi qulluqçuların pensiya problemi ilə bağlı Cebhe.info-ya danışan ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O bildirib ki, Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların əmək fəaliyyəti ilə bağlı bir cümlə də yoxdur:

“Ümumiyyətlə, ehtiyatda və istefada olan hərbi qulluqçular, o cümlədən xüsusi rütbəli şəxslərə “Əmək pensiyaları haqqında” Qanun lazım deyil. Əvvala, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi qanunları qarşısına qoyub oxusun və görsün ki, hərbi qulluqçular və bu kateqoriyaya aid olan insanlar əmək fəaliyyəti ilə məşğul olmurlar. Həmçinin, Sahil Babayev özündən hoqqa çıxarmamalı və Anar Kərimov millət vəkillərinə nağıl danışmamalıdır. Yəni belə özbaşınalıq dünyanın heç bir ölkəsində olmayıb”.

Üzeyir Cəfərov qeyd edib ki, Sahil Babayev Azərbaycana İsveçrənin qanunlarını və normalarını tətbiq edir:

“Amma yaxşı olardı ki, Sahil Babayev İsveçrə Ordusunun zabit və əsgərlərinin aldığı məvacibi də Azərbaycan Ordusunun əsgər və zabitlərinin aldığı məvaciblə müqayisə etsin. Ümumiyyətlə, onun nazı ilə çox oynamaq olmaz. Ona görə də biz “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun bərpası üçün ölkə başçısına müraciət edəcəyik. Çünki Anar Kərimovun Milli Məclisdəki dünənki çıxışı baş aldatmaqdan başqa bir şey deyil. Onlar bu məsələni yenə də dövlət başçısının adı ilə deyirlər. Amma biz əminik ki, bu məsələnin Prezidentlə heç bir aidiyyəti yoxdur. Onlar guya pensiya qanununu təkmilləşdirmək adı ilə narazılığı bir az da genişləndirmək istəyirlər. Düşünürəm ki, bunun qarşısı alınmalıdır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ordunun əsəbləri ilə oynamamalıdır”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi