Prezident Murad Köhnəqalaya ev verdi
Yazıçı-şair Murad Köhnəqalaya mənzil verilib.
APA.az-ın xəbərinə görə, bu barədə şair özü facebookda məlumat verib. O bildirib ki, prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciət öz bəhrəsini verib: “Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.
Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!
Qoy həmişə günəş olsun!”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın