Prezident Şuşaya görə Qırğızıstana təşəkkür etdi

Prezident Şuşaya görə Qırğızıstana təşəkkür etdi 

Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla mətbuata bəyanatında deyib.

"Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaq. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur. Başqa sözlə desək, bu gün müzakirə etdiyimiz bütün məsələlərə dair, - nümayəndə heyətinin üzvləri hələ dünən ünsiyyətdə olublar, - aramızda tam qarşılıqlı anlaşma var və biz imzalanmış sənədlərdə bunu təsbit etmişik. Təbii ki, bir daha qeyd etmək istəyirəm, bu sənədlər arasında ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.

Mən Qırğızıstan Prezidentinə dəvətimi qəbul edib, bu gün ölkəmizdə səfərdə olduğuna görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bir daha xoş gəlmisiniz", - Prezident vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi