Prezidentin bu addımı yüksək qiymətləndirilir – Millət vəkili
“Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam sözügedən təbəqənin rifahının yüksəldilməsinə xidmət edir.
Bu sözləri Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsi haqqında sərəncamına münasibət bildirən millət vəkili Adil Əliyev deyib. Millət vəkili ölkə başçısının aztəminatlı ailələrə ünvanlı yardımların verilməsi ilə bağlı sərəncamını yüksək qiymətləndirib:
“Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam sözügedən təbəqənin rifahının yüksəldilməsinə xidmət edir. Dövlət başçısı hər aman aztəminatlı ailələrin yaşayış və güzəranının yaxşılaşdırılması istiqamətində tapşırıqlar verib, tədbirlər görüb, sərəncamlar imzalayıb. Dövlətin əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı siyasəti təkcə millət vəkilləri deyil, hər kəs tərəfindən yüksək qarşılanır. Prezidentin növbəti sərəncamı da bu yöndə atılan müsbət addımlardan biridir”.
Qeyd edək ki, Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.Axar.az
Bu xəbər üçün şərh yazın