Prezidentin Əlcəzairə səfəri verilən mesajlar mühüm əhəmiyyət kəsb edir -

Prezidentin Əlcəzairə səfəri verilən mesajlar mühüm əhəmiyyət kəsb edir - Açıqlama

Prezident İlham Əliyevin Əlcəzairə səfəri mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısı bu ölkəyə səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak edib.

 Ümumiyyətlə Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu fakt dostluq və qardaşlıq əlaməti hesab edilir. Eyni zamanda bu Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir.

Faktinfo.az xəbər verir ki,bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

 O qeyd edib ki, Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var: “Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və əməkdaşlığı genişləndirmək niyyətindədir. Eyni zamanda Azərbaycanla Əlcəzairin tarixində bir çox oxşaqlılar mövcuddur. Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalıb. Ermənistanın işğalı dövründə ərəb dövlətlərinin xüsusən də İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Azərbaycana açıq dəstəyi müşahidə edilib. Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Bununla yanaşı Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib”.

 Deputat hesab edir ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya ictimaiyyəti heç zaman unutmamalıdır: “Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib. Ona görə də, gələcəkdə belə faciələrin qarşısının alınması üçün dünya ictimaiyyəti təsirli addımlar atmalıdır. Sözsüz ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir. Eyni zamanda  üzv dövlətlərin yekdil səsi ilə Azərbaycanın təşkilata sədrliyi 2023-cü ilin sonuna qədər uzadılıb. Bu Azərbaycan dövlətinin uğurlu siyasətinə verilən qiymətin əlaməti kimi izah oluna bilər. Çünki Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Yaxın gələcəkdə bu əməkdaşlığın genişlənərək yeni xarakter, dinamika alması da mümkün görünür”.

 Aqil Məmmədov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 dövrünə təsadüf etdiyindən bəhs edib: “Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərib. Ölkəmiz pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının Sammitini təşkil edib. 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı Azərbayucanlı olub. Bu təşəbbüs ehtiyacı olan ölkələrə yardımın edilməsi, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərməkdən ibarət idi. Sözsüz ki, Azərbaycan üçün ən önəmli tarixi məsələ öz ərazi bütövlüyünün təmin edilməsi idi. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək Azərbaycan öz ərazilərini hərbi yolla azad edib. İki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarının 20 faizinin 30 il ilə yaxın davam edən işğalına son qoyub. Çünki aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam edirdi. 

 Məhz bu işğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Azərbaycanlılar etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədib. Eyni zamanda işğalın nəticəsində on min kvadratkilometrdən çox ərazi tamamilə məhv edilib. Ermənistanın işğalı dövürndə 67 məsciddən 65-i tamamilə dağıdılıb. Erməni terroru sülh dövründə də davam edir. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olub və yaralanıb. Amma Ermənistanın yaratmış olduğu mina təhlükəsinə baxmayaraq ərazilər təmizlənir və o bölgədən olan insanların tarixi ata-baba yurdlarına dönüşü başlayıb. Azərbaycan “Böyük Qayıdış” proqramın icrasını böyük sürətlə davam etdirir. Ölkəmiz bunu öz resursları hesabına edir”.

FAKTİNFO.AZ




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər