Prezidentin köməkçisi: Ucuz şou xarakterli addımlardansa real məsələləri yerində həll etmək lazımdır
Ermənistan Azərbaycanla razılaşdırılmadan demonstrasiya və populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycanın sərhədinə, yəni Laçın sərhəd-keçid məntəqəsinə gətirmişdir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
"Dünən isə erməni lobbisinin tərəfdarı və təsirində olan bəzi korrupsioner Avropa siyasətçiləri də bu teatr xarakteri daşıyan dramın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur və bu kimi ucuz şou xarakterli addımlardansa real məsələləri yerində həll etmək lazımdır”, - o əlavə edib./APA.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın