Prezidentin sərəncamında diqqət çəkən məqam

Prezidentin sərəncamında diqqət çəkən məqam 

Mayın 16-da prezident İlham Əliyevin sərəncamı ilə Nazim İsmayılovun Saatlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi facebook üzərindən müəyyən müzakirələrə yol açdı.

Müzakirələrdən belə məlum oldu ki, dörd rayonda  icra başçısı işləmiş Nazim İsmayılov təxminən bir il əvvəl uzun müddət rəhbəri olduğu Sabirabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Saatlıya təyinat almışdı və onun bu vəzifədən belə tezliklə kənarlaşdırılacağını çoxları gözləmirmiş. 

Faktinfo.az bildirir ki, görünür, bu məsələdə iki məqam həlledici rol oynayıb.Birincisi,Nazim İsmayılov və onun kimi onlarla rayon rəhbərləri bundan sonra tələb olunan səviyyədə işləsələr  belə, keçmişdə buraxdıqları çoxsaylı səhvlər ölkə rəhbərliyinin imicini əsaslı şəkildə zədələyib.Hazırda  bu qəbildən olan rayon İcra Hakimiyyəti başçılarının vəzifədə qalması,ölkə prezidenti tərəfindən aparılan islahatların, rüşvət və korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin effektini azaldır,bu cür kadrların adı məntiqlə bir araya sığmır.

Ehtimala görə, ikinci halda cəmiyyətə  verilmiş bir mesajdır ki,son aylarda bir rayondan digərinə göndərilən icra başçılarını da  hər an bu cür “sürpriz” gözləyə bilər.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi