Priqojinin “sağ əli” də ölüb - Təyyarəni Rusiyanın HHM sistemləri vurub? +

Priqojinin “sağ əli” də ölüb - Təyyarəni Rusiyanın HHM sistemləri vurub? + FOTOLAR

Rusiyada “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.

Bu barədə “Vaqner”ə yaxın “Telegram” kanalları məlumat verir.

Yayılan digər məlumata görə, təyyarə qəzasının şahidləri hadisədən əvvəl partlayış səsi eşitdiklərini vurğulayıblar.

Məlumatda həmçinin qeyd olunur ki, Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində Yevgeni Priqojinin “sağ əli” hesab olunan Dmitri Utkin də olub. Onun ölümü ilə qruplaşmanın tamamilə başsız qalacağı vurğulanıb.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər