Pul kütləsinin azlığı neft hasilatçısı olan dövlətlərə nə vəd edir?
Neft hasilatçısı olan ölkələr dünya neft birjalarında sabitlik olmayana qədər maliyyə sabitliyini qoruyub saxlamağa üstünlük verirlər.
Bu isə maliyyə sabitliyinin qorunması üçün dövriyyədə olan pul kütləsi, o cümlədən milli iqtisadiyyatlara kredit qoyuluşunun həcminin azalması ilə müşayiət olunur. Bu isə o deməkdir ki, bir müddət sonra yerli valyutanın həcmində artım olarsa , xarici valyutaya tələbin lazım olmadığı bir şəkildə saxlanc məqsədilə alınması mümkünləşəcək.
Neft bazarında sabitləşmə isə bir neçə il davam edə bilər. Aparıcı mərkəzlərin ,neft üzrə mütəxəsislərin proqnozlarına görə, neftin qiyməti fövqəladə hadisə baş verməsə, yaxın gələcəkdə 55 dolları keçməyəcək. Bu da o deməkdir ki, neft hasilatçısı olan ölkələrdə büdcə xərcləri azalacaq və iqtisadiyyata kredit qoyuluşu məhdudlaşdırılacaq.
Nəticədə, əhali bir müddət əvvəl əldə etdiyi yığımlarını xərclədikdən sonra yoxsullaşma prosesini yaşayacaq. Yoxsullaşma əsasən yerli valyutaların devalvasiyası nəticəsində idxal malların bahalaşması, kommunal xərclərin artırılması, işsizliyin çoxalması hesabına baş verəcək.
Neft hasilatçısı olan ölkələrdə büdcədən ayrılan infrastruktur xərcləri əsasən dövlətə aid şirkətlər vasitəsilə həyata keçiriləcək və xarici valyutaya tələb yaratmayacaq.
Bu ölkələr növbəti bir neçə ildə yeni iqtisadi şəraitə uyğunlaşma dövrü keçirəcək.
Rizvan Əhmədli
Faktinfo.az
Bu xəbər üçün şərh yazın