ABŞ -ın narazılığına baxmayaraq imzalandı: 5 milyardlıq saziş ...
Rusiya və Hindistan arasında S-400 “Triumf” raketdən müdafiə sistemlərinin tədarükü ilə bağlı razılaşma imzalanıb.
Razılaşma Rusiya Prezidenti Vladimir Putinlə Hindistan Baş naziri Narendra Modi arasında Dehlidə imzalanıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müqavilənin 5 milyard dollar dəyərində olduğunu bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya prezidentinin müşaviri Yuri Uşakov Vladimir Putinin Hindistana səfəri zamanı S-400 raketdən müdafiə sistemlərinin tədarükü ilə bağlı 5 milyard dollarlıq müqavilə imzalanacağını bildirmişdi.Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın