Qardaşından Mübariz Məsimova şikayət olundu- Onu xeyriyyəçi insan kimi tanıyırıq
Mübariz Mənsimovun “Palmali” Şirkətlər Qrupuna məxsus olan, Lənkəran şəhərində fəaliyyət göstərən “PalSüd” zavodu ətraf rayonların şəxsi təssərüfatlarından yığdığı südün pulunu ödəməkdən imtina edir.
Bu barədə fermerlərin özləri bildiriblər. Onların sözlərinə görə, zavodun direktoru Mübariz Mənsimovun qardaşı Mais Mənsimovdur. Fermerlər artıq bir neçə ildir ki, zavoddan pullarını tələb etsələr də, ala bilmirlər. Bu isə ona gətirib çıxarır ki, fermalarda çalışanlar əməkhaqlarını ala bilmir, fermerlər isə heyvanlar üçün yem və təsərrüfat üçün zəruri texnika əldə etməkdə çətinlik çəkirlər.(Xural.com)
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın