"Qarpız olayı" və deputat Fəzail İbrahimli gerçəkliyi

"Qarpız olayı" və deputat Fəzail İbrahimli gerçəkliyi 

Milli Məclisin deputatı  Fəzail İbrahimli qarpız satan Xəyal Əsədovun onunla bağlı açıqlamasında qərəzli olduğunu,şərə,böhtana tuş gəldiyini,haqqında yanlış təsəvvür formalaşdırdığını mətbuata açıqladı.Təfərrüata varmırıq,sadəcə mövzuya dair qənaətimizi bir neçə cümlə ilə bölüşürük. 

Fəzail İbrahimlinin adının qarpız mövzusunda mətbuatda hallandırılması yanlış idi.

Deputat Fəzail İbrahimli xarakterinə bələd olanlar bilir ki,o, kimisə qorxudacaq,məzlumun çörəyinə toxunacaq,cahilə,nadana da baş qoşacaq insan deyil.Fəzail İbrahimli Azərbaycan Respublikasının sayılıb-seçilən,hörmətə layiq azsaylı aydınlarından biridir.İxtisasca tarixçidir,millətini sevən,vətəninə bağlı olan mühakiməli bir ziyalıdır.

Bu günlərdə onun adını küçədə qarpız satan Xəyal Əsədovun hay-həşirinə əsaslanmaqla qələmə almaq,küçə ticarəti ilə məşğul olan Xəyal Əsədovun çörəyinə bais olub kimi "düşüncələrdə yaşatmaq" da heç uyğun deyil.

Ümumiyyətlə həmişə ölkəsinin milli maraqlarına hörmətlə yanaşmış, yeri gələndə vətəninin sabahı barədə narahatçılığa səbəb ola biləcək mövzulara biganə qalmamış bir ziyalının adının,qarpız satan Xəyal Əsədovun timsalında mətbuat səhifələrinə daşınması mümkünsüz olmalı idi. Eləcə də qarpız satan Xəyal Əsədovla deputat Fəzail İbrahimli arasında baş vermiş bu hadisədə mətbuat sensasiya axtarmamalı, xəbərin hansı yanlış təsəvvürlərə səbəb ola biləcəyini bir neçə istiqamət üzrə əvvəlcədən müəyyənləşdirməli və yaxud məsələyə adi bir xəbər konteksindən yanaşılmamalıydı. Eləcə də, bu mövzuya dair əksəriyyət sosial şəbəkə istifadəçilərinin bütün mənalarda səviyyə nisbəti nəzərə alınmalı idi.

Yəni təfəkkürümüzü səfərbər edib düşündükdə Fəzail İbrahimlinin kimə və nəyə görə,sosial-şəbəkədə kimlərə müzakirə mövzusu olacağının fərqinə varılmalıydı.

Ən azından zamanın və vaxtın özündən doğan Fəzail İbrahimli gerçəkliyi nəzərə alınmalı,onun adı ölkə mediasında geniş əks-səda doğuran məlum "qarpız olayına" bulaşdırılmamalı idi.

Fuad İsgəndərov

Jurnalist

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪