Qaşıqçı ilə bağlı iddia: Cəsədi mişarla doğranıb...

Qaşıqçı ilə bağlı iddia: Cəsədi mişarla doğranıb... 

Kral ailəsinin qərarı ilə Qaşıqçı İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülüb.

Bu barədə “Nyu York Tayms” nəşri kimliyi açıqlanmayan türk rəsmilərə istinadla informasiya yayıb.

Mənbə Qaşıqçının sui-qəsdinin sürətli və qarışıq bir əməliyyat şəklində tamamlandığını, jurnalistin iki saat ərzində öldürüldüyünü bildirib. Onun sözlərinə görə, Səudiyyədən gələn sui-qəsd qrupu sadəcə bu cinayət üçün gətirdiyi mişarla Qaşıqçını öldürərək parçalara ayırıb.

Qeyd edək ki, Qaşıqçının Türkiyəyə gəldiyi gün sui-qəsd qrupunda olduqları iddia edilən 15 Səudiyyə vətəndaşı da çarter reysi ilə Türkiyəyə gəlib. Bu şəxslər hadisədən bir neçə saat sonra Türkiyəni tərk ediblər. İddia edilir ki, həmin şəxslər Qaşıqçının nəşinin parçalarını diqqət çəkmədən konsulluq binasından çıxarıblar.Axar.az

Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi