Qax rayonunda ağac biznesinə pullar xərclənir- Elşən Nəzirov və Şahid Eyibov arasında məhkəmə çəkişməsi davam edir
Qax rayonunda ağac biznesinə pullar xərclənir.
Bu barədə məlumatı aktualinfo.org saytı yayıb. Milli Məclisin deputatı Azər Kərimlinin də adının keçdiyi iri həcmli məqalədən belə məlum olur ki,Qax meşələrinin qırılması hesabına "biznes" quranlar,sonradan məhkəməyə də üz tutmalı olublar.
Belə ki, Nəzirov Elşən Eyibov Şahid və Milli Məclisin deputatı Azər Kərimlinin adının keçdiyi "taxta biznes"i ətrafında cəryan edən hadisələrə dair artıq məhkəmə çəkişmələri də mövcuddur.Söhbətin yüz minlərlə manatdan getdiyini nəzərə alsaq meşələrin hansı şərtlər daxilində qırılmış olduğunu təəssəvür etmək elə də çətin olmaz.Sitat:" Elşən Nəzirov indi də “ağac biznesi”nə cəlb etdiyi deputat A.Kərimli ilə şərik kimi işini davam etdirir. Yəni, Qax meşələri talan edilir, ağac qətliyamı davam edir. Olan isə xalqa və dövlətə məxsus təbii sərvətə olur. Sanki ermənilər Qarabağı işğal edib meşələrini məhv etdikləri kimi, Azər Kərinmli və Elşən Nəzərov birliyi "Qax rayonunu işğal edərək" meşələrinin axırına çıxmaq üzrədirlər.Təəssüflər olsun ki, “ağac killer”ləri olan bu milyonerlərə DUR deyən hələki yoxdu.
Hesab edirk ki, aidiyyatı dövlət orqanları faktları Qax rayonunun dağdibi kənd meşələrində- Güllükdə, Süskənddə, Çinarlıda, Qumda, Sarıbaşda, İlisuda, Qaşqaçayda, Zəyəmdə, İbaxlıda, araşdırsalar həqiqətən son 15-20 il ərzində on minlərlə qiyməti olan ağacların məhv edildiyinin şahidi olarlar. Çünki bu məhv edilmiş bütün ağacların kəsilmiş kötükləri hələ də qalmaqdadır. Elə peyk görüntülərinə də müqayisəli diqqət yetirmək kifayətdir. http://aktualinfo.org/2019/03/19/isgal-olunmus-qax-mes%C9%99l%C9%99rind%C9%99-mill%C9%99t-v%C9%99kili-az%C9%99r-k%C9%99rimlinin-r%C9%99hb%C9%99rliyi-il%C9%99-agaclarin-soyqirimi-davam-edir/
Faktinfo.az
Bu xəbər üçün şərh yazın