Qazaxda Kollec direktoru müavinini sıxışdırır,Nicat Göyüşova hədə-qorxu gəlir-

Qazaxda Kollec direktoru müavinini sıxışdırır,Nicat Göyüşova hədə-qorxu gəlir- Elşad Quliyev Eldar Mahmudovun qohumudu?

Sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru Elşad Quliyev rəhbəri olduğu təhsil müəssəsində sözün əsl mənasında "at oynadır”.

Onun vəzifəsindən istifadə edərək, müxtəlif dövlət qurumlarına yerləşdirdiyi qohumları da tutduqları vəzifələrindən azad edildilər. Lakin, Mahmudovun yaxın qohumu, Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru Elşad Quliyev hansısa yollarlasa hələ də tutduğu vəzifəsində qalır. Eldar Mahmudov MTN rəhbəri olduğu dövrdə onun rayon üzrə əsas kuratoru Qazax Dövlət Sosial Iqtisadi Kollecinin direktoru Elşad Quliyev olub. Lakin, Elşad Quliyev nəinki vəzifəsindən azad olunmur, direktor hətta Təhsil nazirliyini heçə sayır, adı çəkilən dövlət qrumunun təyin etdiyi işçiləri hədələyir.

Veteninfo.az xəbər verir ki,, direktor Elşad Quliyev təhsil naziri Mikayıl Cabbarovun əmri ilə kollecə direktor müavini təyin olunmuş Nicat Göyüşovu sıxışdırmağa, ona hədə-qorxu gəlməyə, kollektivi üstünə qaldırmağa, olmayan hadisələri "sənədləşdirərək” polisi işə qatmağa və bu yolla istəyinə nail olmağa çalışır.

İş burasındadır ki, ilk gündən kollecdə öz aktivliyi ilə seçilən N.Göyüşovun fəaliyyəti, o cümlədən təlim-tədris prosesinin qanun çərçivəsində həyata keçirilməsi üçün göstərdiyi prinsipiallıq direktorun xoşuna gəlməyib. Nəticədə E.Quliyev yeni, gənc və perspektivli kadrı "vurmaq” üçün hərəkətə keçib. Bu əməllərinə son qoyması üçün N.Göyüşovun etdiyi şifahi xəbərdarlıqlara, müraciətlərə isə direktor ümumiyyətlə əhəmiyyət verməyib. Törətdiyi əməllərə görə heç bir cəza almayan E.Quliyev bunlardan daha da həvəsə gəlib və təzyiqləri, öz adamları vasitəsilə təhqirləri hər dəfə artırmağa başlayıb.

Eldar Mahmudovun kollec direktoru olan qohumu ərköyünlük edir...

Görünür, Nicat Göyüşovun kollecdə baş verən hadisələrdən xəbərdar olması, qanunsuzluqlar haqqında faktlara malik olması direktoru çox narahat edir. Son günlər E.Quliyevin təzyiqlərinin, təhqirlərinin, hədə-qorxu və şantajlarının daha intensiv xarakter alması, normal iş mühitinin və təlim-tədris prosesinin pozulması ilə nəticələnməkdədir. Lakin bunlar direktoru qətiyyən narahat etmir. Onu düşündürən bir məsələ var, o da törətdiyi əməlləri ört-basdır etmək, Nicat Göyüşovu "cəzalandırmaq”la kollecdə qorxu mühiti yaratmaq, istədiyi bir şəkildə buranı idarə etməkdir. Bəs görəsən direktor Elşad Quliyevin bu hərəkətlərinə "dur” deyən tapılacaqmı? Elşad Quliyev Təhsil Nazirliyinin göndərdiyi kadrı hədələməyə, təhqir etdirməyə cəsarəti haradan alır? 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi