Qazi niyə dilənir? Ona əlillik niyə verilməyib? – Nazirlik

Qazi niyə dilənir? Ona əlillik niyə verilməyib? – Nazirlik 

Ötən gün sosial şəbəkələrdə Ağdaş rayonundan olan Vətən müharibəsi qazisi Samit Samir oğlu Quliyevin əlil arabasında maddi kömək istədiyi görüntüləri yayılıb.

Bildirilir ki, S.Quliyev qazi statusu alsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona əlillik dərəcəsi verməyib.

Məsələ ilə bağlı Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, S.Quliyevin əlillik dərəcəsi almaq üçün indiyədək nazirliyə heç bir müraciəti olmayıb:

“Hərbi həkim komissiyasında da Samitin müharibədə yaralanması ilə əlaqədar heç bir şəhadətnamə mövcud deyil. Özünün bildirdiyinə görə, o, tam sərbəst hərəkət edir. Bununla belə, nazirliyin nümayəndələri onunla əlaqə saxlayıb və o, bu gün sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib. Səhiyyə Nazirliyinin həkim komissiyası ilə birgə müayinə aparılacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər