Qəddafinin oğlu Liviya prezidenti ola bilər
Sabiq Liviya lideri Muəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi və Xəlifə Haftar Liviya prezidentliyinə namizəd ola biləcək.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Bildirilib ki, qarşıdan gələn seçkilərdə Seyf əl-İslam Qəddafi və Xəlifə Haftarın namizədliyinin irəli sürülməsi istisna edilməyəcək.
Xatırladaq ki, Liviyada parlament seçkiləri bu ilin dekabrında, prezident seçkiləri isə 2024-cü ilin yanvarında keçiriləcək.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın