Qəddafinin oğlu siyasətə qayıdır - Səbəb
Liviyanın devrilən lideri Muammər Qəddafinin oğlu Seyfülislam Qəddafi siyasətə qayıdırO, Liviyanı xilas etmək niyyəti ilə siyasətə dönüş edəcəyini bildirib.
Qəddafi ailəsinin vəkili Xalid Əl Zaidi mediaya bu barədə açıqlama verib:
“Liviyadakı mövcud vəziyyət, dialoq əksikliyi və gedişata istiqamətlənmiş yanlış anlaşılmalar Seyfülislam Qəddafinin siyasətə dönməsini və ölkədəki tərəflər arasında siyasi həll tapmağa çalışmasını zəruri edir”.
Vəkil S.Qəddafinin ölkəni heç vaxt tərk etmədiyini və onun liderlərlə, fərqli birliklərin təmsilçiləri ilə daimi əlaqədə olduğunu bildirib.
S.Qəddafi cəhdlərinin Tunisdəki tərəflərin bir-biriləri ilə razılaşmalar əldə etdiyi və Liviya xalqını qorumaq yerinə öz mənfəətini müdafiə etdiyi müzakirələrdən fərqli olduğunu qeyd edib.
Vəkil liviyalarının ən böyük ümidinin oğul Qəddafi olduğunu vurğulayıb:
“Ölkədə bütün qruplaşmaların silah sifarişləri var. Qəddafi sıravi liviyalıların terrorla mübarizə aparmaq və ölkədəki sabitliyi təmin etmək cəhdlərinə güvənir. Qəbilələrin çoxu Qəddafinin hərəkətə keçməsini gözləyir. Xalqın böyük qismi üçün ən böyük ümid oğul Qəddafidir”.
Bu xəbər üçün şərh yazın