Qərar qəbul edilib - AMEA-nın maliyyə tutumlu institutlarında yoxlama aparılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir çox institutunda nə az, nə çox 50 milyon manat mənimsəmə faktına dair məlumatların ölkə mətbuatında yayılması və bunun AMEA rəhbərliyi səviyyəsində təsdiqlənməsi ölkə mətbuatında gündəm oldu.Bu xəbərdən sonra gözlənilirdi ki,bəzi aidiyyatı dövlət orqanlarıbu mənimsəmə faktına reaksiya verəcək.
Gözlənildiyi kimi də oldu. Fevral ayının 25-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend.az saytı təsdiqlədi ki, AMEA-nın böyük və maliyyə tutumlu institutlarında yoxlamalar aparıla bilər.
Faktinfo.az saytı xəbər verir ki, artıq ən yüksək səviyyədə qərar qəbul edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) böyük və maliyyə tutumlu institutlarında kompleks yoxlamalar aparılacaq.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın