Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
Qərbi Kaspi Universitetində Türkiyənin “Reting Academy” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
“Reting Academy” Türkiyənin Çanakkale On Səkkiz Mart Universitetinin Texnoparkı nəzdində qurulmuş şirkətdir və əsasən beynəlxalq konfrans və sərgilərin təşkilatçılığını həyata keçirir.
Görüşdə tərəflər arasında əməkdaşlığın perspektivləri, birgə tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.
Qonaqlara Qərbi Kaspi Universitetinin tarixi, əldə etdiyi nailiyyətlər, xüsusilə son 2 il ərzində həyata keçirilən infrastruktur layihələri, tədris proqramlarının dünyanın qabaqcıl universitetlərinin standartlarına uyğunlaşdırılması və təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş tədbirlərlə bağlı məlumat verilib.
Görüşdə beynəlxalq elmi konfransların birgə təşkili üçün işçi qrupun yaradılması barədə razılıq əldə edilib. Eyni zamanda Qərbi Kaspi Universiteti və Çanakkale On Səkkiz Mart Universitetinin Texnoparkları arasında əməkdaşlıq əlaqələrinin qurulması qərara alınıb, bu əməkdaşlığın tələbələrin əmək bazarının tələblərinə uyğun yetişdirilməsinə töhvə verəcəyi qeyd edilib.
Bu xəbər üçün şərh yazın