Qisas almadan Allah canımı almasın -

Qisas almadan Allah canımı almasın - Hulisi Akar

PKK terror təşkilatının Hakkaridə hərbi xidmət keçən zabitin 11 aylıq övladını və anasını qətlə yetirməsindən sonra Türkiyə Baş qərargah rəisi Hulisi Akar intiqam andı içib.

Publika.az xəbər verir ki, Akar Tvitter hesabında belə yazıb: “O məsum körpənin, o ananın intiqamını almadan, şəhitlərimizə olan sözümü tutmadan Allah canımı almasın. Hinlərinə girəcəyik, hinlərinə! Həyatını itirən körpəmizə və anasına Allahdan rəhmət diləyirəm”.

e1f237c9265e6280d66d2688354c1125


Qeyd edək ki, Hakkarinin Yüksəkova qəsəbəsində 25 yaşlı Nurcan Karakaya 11 aylıq körpəsi Mustafa Bedirhan Karaya ilə birlikdə həyat yoldaşı olan zabit Serkan Karakayanın görüşünə gələrkən idarə etdiyi avtomobil PKK-nın yolda quraşdırdığı minaya düşərək partlayıb. Nəticədə ana və körpə həyatını itirib. Ana və körpənin dəfni üçün hərbi mərasim keçirilib

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi