Qızıl külçələri təyyarədən yerə səpələndi

Qızıl külçələri təyyarədən yerə səpələndi 

Yakutiyada inanılmaz hadisə baş verib.

BakuPost xəbər verir ki, 21 milyard rubl dəyərində qızıl külçə yükü daşıyan təyyarənin lyuku açılıb və qızıllar dağılıb. AN-12 təyyarəsinin bortunda olan 9 tonluq qızıl külçələrdən ən azı 2 tonu göydən yerə səpələnib. Təyyarə göyə qalxdıqdan bir neçə dəqiqə sonra baş verən hadisə zamanı uçuş zolağı və ətraf əraziyə xeyli sayda qızıl düşüb. Özünü itirən hava limanı əməkdaşları dərhal hadisə yerini nəzarətə götürərüblər və dərhal hər biri 20 kq olan qızıl külçələrinin yoldan yığılmasına başlanılıb. Bu xəbəri eşidən sərnişin və yaxın ərazilərin yerli sakinləri hava limanı ətrafındakı ərazilərdə qızıl külçə tapacağı ümidi ilə ora axışıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi