Qızılağac Dövlət Təbiət Qoruğunda güclü yanğın başlayıb –FHN-nin qüvvələri əraziyə səfərbər olunub
Qızılağac Dövlət Təbiət Qoruğunda güclü yanğın başlayıb.
Faktinfo.az “Report”a istinadən xəbər verir ki, yanğın qoruğun Masallı rayonu ərazisində olsa da, alovun işartıları Xəzərin Lənkəranın sahilboyu ərazilərində də müşahidə olunur.
Yanğın sahildən aralıda olduğundan texnikaların əraziyə keçirilməsi mümkün deyil. Havanın küləkli olması alovun yayılmasının riskini artırır.
FHN-nin Masallı və Liman Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti əraziyə səfərbər edilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın