Qızılca xəstəliyinin yaratdığı fəsadlar açıqlanıb
"Qızılca xəstəliyinə yoluxan hamilələr vaxtında həkimə müraciət etməli, fəsadların olub-olmaması izlənilməlidir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, qızılca əleyhinə peyvənd canlı növ olduğundan ona peyvənd vurulması əks-göstərişdir.
T.Eyvazov əlavə edib ki, qızılcanın yaratdığı fəsadlar arasında pnevmoniya, tənəffüs yolları infeksiyaları, qulaqağrısı, limfa düyünlərinin iltihabı, mərkəzi sinir sisteminin zədələnməsi yer alır: “Bundan başqa, qızılca orqanizmdə immun sistemini xeyli zəiflədir. Digər bakterial infeksiyalar da virusa qoşulsa, antibiotik müalicəsi qaçılmaz olur. I doz peyvənd 95 %, II doz isə 95 %-dən yuxarı qoruyur”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın